Gündəm / Cəmiyyət / Sosial

Toxun acdan nə xəbəri... - Şikayət

Toxun acdan nə xəbəri... - Şikayət

Görünür, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində yaradılmış heç bir qurum (Sosial Müdafiə Fondu, Məşğulluq Mərkəzi, "DOST" Mərkəzi) və ya proqramının ("Özünüməşğulluq" proqramı) normal xidməti yoxdur ki, "üzünə baxıb, salavat verəsən". Qurumların deyil, daha doğrusu qurum çalışanlarının səhlənkarlığı, yalnız öz mənafelərini düşünərək, "ciblərinə uyğun" göstərdikləri fəaliyyət ölkə əhalisinin az qala hamısını narazı salıb və elə hazırda da bu cür davam edirlər.
Bütün bunlar barəsində həqiqəti əks etdirən məlumatlar, həmçinin tənqidi materiallar "DogruXeber.az" olaraq biz və bir çox müstəqil medialarda mütəmadi olaraq, yayımlanır.

"FHN DSMF-nun yanında toyagetməlidir": Üstəlik də korrupsiya - ŞOK İDDİA // VİDEO

Bəs bundan nəticə çıxarıb, dəyişən nəsə varmı ?

Əsla yox.

Yeri gəlmişkən, "DogruXeber.az" informasiya portalında dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Mil-Muğan regional filialının keçmiş direktoru Rafael Məmmədov, "burda mənəm, bağdadda kor xəlifə" prinsipi ilə çalışan, eyni zamanda Himalay Məmişovun himayə etdiyi deyilən qəbul şöbəsinin (rəsmiyyətdə elə bir ştat yoxdur) müdiri Bəhruz Quliyev barəsində məlumatlar yayımlanıb.

Etibarlı mənbədən redaksiyamıza daxil olan məlumata görə bu yaxınlarda Bəhruz Quliyevə iştirak etdiyi toy mərasimində, "keyfinin kök məqamı"nda deyiblər ki, "Müəllim, saytlar sizdən yazır".

"Mil-Muğan" DSMF-da "çalınan havaların səsi Gəncəbasardan gəlir" - Hələ bu harasıdır // VİDEO

Bəhruz Quliyev isə gülə-gülə, "Boş şeydi, heç nə edə bilməzlər" deyə, cavab verib.
Hər halda mənbə belə deyir!

Amma, onu da vurğulamaq yerinə düşər ki, Bəhruz Quliyev belə bir söz işlədibsə, haqsız da sayılmır. Haqqında bu qədər narazılıqlara, şikayətlərə rəğmən, "gözün üstə qaşın var" deyilmədən, heç nə olmamış kimi kürsüsündə əyləşən Himalay Məmişov kimi "qoruyucu mələyi olan birinin belə bir ifadəni işlətməsi "normaldır".

Məmur yaxınlarının, qohumlarının vəzifədə olması və dövlətin idarəsini keyfinin istədiyi kimi idarə etməsi və buna görə çox nadir hallarda (himayədarlıq edən məmur qohum vəzifəsindən azad edildikdən sonra) məsuliyyətə cəlb edilməsi təəssüflər olsun ki, ölkəmizdə artıq, hər kəsin "normal" qəbul etdiyi haldır. Məhz buna görə də kiçik məmurlar "böyük himayədarları"na güvənib nə mətbuat nümayəndələri ilə, nə də vətəndaşlarla normal danışmağa belə İmişli rayon məşğulluq idarəsinin səlahiyyətli əməkdaşı Nofəl Atakişiyev kimi hövsələləri çatmır.

Yeri gəlmişkən, İlkin Məmmədov adlı bir vətəndaş "DogruXeber.az" informasiya agentliyinin elektron ünvanına belə bir məktub göndərib:

"Salam.
Sizə şikayətim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəndir.

Deməli, bu ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıtda əmək yarmarkası keçirdi.
Öncədən Dövlət Məşğulluq Agentliyinin saytında və nazirliyin mediaya verdiyi məlumatda əmək yarmarkasında 300-400 boş iş yeri təklif olunacağı bildirilmişdi. Mən öncədən Dövlət Məşğulluq Agentliyinin əlaqə nömrəsinə zəng edib, məlumat aldım.

Bildirdilər ki, "şəxsiyyət vəsiqəsi götürüb gələ bilərsiz". Mən də 14 iyunda səhər tezdən Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayına gəldim. Mədəniyyət Sarayının qabağında demək olar ki, bütün şəhər sakinləri iş tapmaq ümidi ilə yığışmışdı. Yarmarka saat 10:00-da başlamalı idi. Saat 10:45 olsa da Mədəniyyət Sarayının qapısı hələ də bağlı idi. İçəriyə yalnız Dövlət Məşğulluq Agentliyinin əməkdaşlarını, işəgötürənləri və televiziyaları buraxmışdılar. Axırda biz vətəndaşlar bezib, qapı açılan kimi mühafizəçini itələyib, zorla içəri keçə bildik. Nazirliyin qapıları illərdir vətəndaşların üzünə bağlıdır. Nəysə, birtəhər içəridə cəmi 2 xanım o qədər insanın yarmarkada iştirak üçün şəxsiyyət vəsiqəsi vasitəsilə qeydiyyatını aparırdı. Nəhayət sıra mənədə gəldi. Qeydiyyatdan keçəndən sonra - saat 11:45-də yarmarkanın keçirildiyi Mədəniyyət Sarayının 2-ci mərtəbəsinə qalxa bildim. 21 işəgötürənə CV-mi qoyduqdan sonra, hər biri söz verdilər ki, "1 həftə ərzində əlaqə saxlayacayıq". İşəgötürənlər mən də daxil bütün işsiz vətəndaşlara "1 həftə ərzində əlaqə saxlayacayıq" vədi verirdilər. Üstəlik, TV-lərədə müsahibələrində də bu cür bildirirdilər.

2 həftə sonra heç bir işəgötürən mənimlə əlaqə saxlamadı. Bütün işə götürənlərə zəng etdikdə isə bildirdilər ki, "Son 1 ay ərzində aktiv vakansiyaları yoxdur. Haqlı olaraq, Dövlət Məşğulluq Agentliyinə zəng edib, şikayət etdikdə bildirdilər ki, "142-yə - ümumi nazirliyin "call center"nə zəng edib şikayət edim. 142-yə şikayət etdikdə isə xanım operator 20 dəqiqə dirənəndən sonra şikayətimi qeydə qaldı. Mən nazirlikdən zəng edib bunun nə demək olduğunu, açıqlama vermələrini tələb etdim. 1 ay sonra isə şikayətimi nazirliyə yox, regional Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirib, ordan mənə zəng edib, Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdilər. Mən bundan imtina etdim və onlara "Mənim şikayətim sizə deyil, nazirliyədir və nazirlikdən açıqlama tələb edirəm"- deyə bildirdim. Həm də mən 2019-cu ildə Sumqayıt Məşğulluq Mərkəzinə müraciət etmişəm. Orda gənclərin işləməsi üçün normal iş yerləri yoxdur. Mənim adımı da sistemdə 2019-cu ildə vətəndaş iş tapdı kimi qeyd ediblər. Mən bunu indi bilmişəm. Halbuki, mən heç bir işlə təmin olunmamışam. Ancaq, adımı bütün vətəndaşlar kimi, hər ayın sonu yalandan bu qədər vətəndaş iş tapdı deyə ictimaiyyətə saxta statistika təqdim etmək üçün guya işlə təmin olundu deyə qeyd ediblər. 2-3 gün sonra Dövlət Məşğulluq Agentliyindən məktub gəldi ki bəs "Biz sizi Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdik, siz imtina etdiniz". Mən təkrar 142-yə zəng edib, şikayət edib, 1 ay bundan əvvəl şikayət etdiyimi, şikayətimi götürüb Sumqayıt Məşğulluq Agentliyinə yönləndirdiklərini, mənim isə nazirliyin zəng edib açıqlama verməsini tələb etdiyimi bildirdim. Həmçinin, bildirdim ki, Sumqayıt Məşğulluq Mərkəzinin ünvanını da,əlaqə nömrəsini də gözəl bilirəm. Ehtiyac hiss etsəm, özüm gedə bilərəm. Operator şikayətimi təkrar qeydə aldı. Aylardır eyni qaydada davam etdi. Yəni nazirlik özünə borc bilib, mənimlə əlaqə saxlamaq ehtiyacı hiss etmədi. Hər dəfə şikayətimi Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirir, onlar da zəng edib məni Sumqayıt Məşğulluq Mərkəzinə dəvət edirdi.

Axırda, oktyabr ayında Sumqayıt Məşğulluq Mərkəzindən zəng edib bildirdilər ki, "Xahiş edirik, bircə dəfə siz gəlin, heç bir köməklik etməsək, istənilən yerə şikayət edə bilərsiz".

Mən bu dəfə inanmaq istədim ki, illər öncəki kimi deyil, bu dəfə həqiqətən mənə kömək edəcəklər. Sumqayıt Məşğulluq Mərkəzinə getdim. Mənə E-sosial.gov.az-da hesab açıb, 2 işəgötürənə müraciət göndərdilər və bildirdilər ki, "5 iş günü ərzində sizinlə əlaqə saxlayacaqlar". İndiyədək heç kim əlaqə saxlamayıb. E-sosial.gov.az Elektron Hökümət portalındakı hesabımda "İşəgötürənlərə müraciət bölümündə işəgötürənin tələblərinə cavab vermədiyiniz üçün, müraciətinizdən imtina edildi" yazılır.

Ümumiyyətlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin varlığı ilə yoxluğu arasında bir fərq yoxdur. Nə Dövlət Məşğulluq Agentliyi, nə Dövlət Əmək Müffətişliyi, nə də bütünlükdə nazirlik çalışmır. Ölkədə uşağından işçisinə, işsizindən təqaüdçüsünə, əlilinə qədər bütün ölkə bu nazirlikdən şikayətçidir. Bütün dünya 4 günlük iş rejiminə keçir, bizdə isə Əmək Məcəlləsinə görə güya həftəlik 5 gün 40 saatdan ibarət iş rejimimiz olsa da ölkədə istər özəl, istərsə də dövlət müəssisələri Əmək Məcəlləsinə riayət etmir. Əmək Məcəlləsinə riayət etməmək ənənə halını alıb. Dövlət Əmək Müffətişliyi isə bildirir ki, "Ölkədə sahibkarlığa dəstək məqsədi ilə yoxlamalar 1 yanvar 2023-cu ilədək dayandırıldığı üçün heç bir müəssiədə yoxlama aparıla bilməz. Yalnız vətəndaş istəsə, Dövlət Əmək Müffətişliyinə şikayət edə bilər. Yəni, vətəndaş çalışdığı - 300-400 manat maaş aldığı iş yerini itirmək qorxusunu gözə alıb, Dövlət Əmək Müffətişliyinə şikayət etməlidir. Dövlət Əmək Müffətişliyi bunu bildiyi üçün də vətəndaşlar işini itirmək qorxusundan illərdir 300-400 manata istər dövlət istərsədə özəl müəssilərdə az qala 1 sutka işləyib istismar edilirlər. Yəni, ölkədə bildiyiniz quldarlıq rejimi hökm sürür. Əksinə, həmin müəssiələr normal ölkələrdə külli miqdarda cərimlənməli olduğu halda, nazirlik onları nəyinki cərimələmir, əksinə o müəssiələr "Əmək Yarmarka"larında yuxarı başda otuzdurulub, insanlara "iş" təklif edir və ya regional məşğulluq mərkəzlərində həmçinin Elektron Hökümət portalında "vakansiyalar" elan edirlər. Halbuki, insanların işsiz qalmasında elə həmin müəssiələr günahkardır.

Əslində, məntiqlə bir nazirliyin həm Əmək Hüquqlarını qoruması, həm də işəgötürənlərlə əməkdaşlıq edib işsizlərə iş təklif etməsi doğru deyil. Yəni, bu iki səlahiyyətdən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alınıb, ya digər nazirliklərin birinə verilməli, ya da müstəqil dövlət qurumu yaradıb səlahiyyətlərdən birini yeni dövlət qurumuna vermək lazımdır. BMT daxil Amnesty International, Norveç İnsan Haqları kimi beynəlxalq təşkilatların müxtəlif illərdə ölkələrə "iş saatlarını azaldın, Əmək Hüquqlarına, İnsan Haqlarına hörmət edin" çağırışlarına riayət edib, ölkələr bir-birinin ardınca 4 günlük iş rejiminə keçirlər. Reuters-in məlumatına görə artıq 38 ölkə 4 günlük iş rejiminə keçib. Bizdə isə hələ də quldarlıq rejimi davam edir. Görünür, biz başqa planetdə yaşayırıq, dünyaya adiyyatımız yoxdur. Ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizi insan yox, qul hesab edir. Bunu mövcud əmək bazarına, həmçinin nazirliyin Elektron Hökümət portalında təklif etdiyi, daha doğrusu insanları, gəncləri layiq gördüyü "iş"lərə baxdıqda görmək mümkündür. Necə olsa milyonlarla təqaüdçünün təqaüdünü azaltmaqla və ya tam olaraq kəsməklə büdcəyə qənaət edən, bununla da fəxr edən bir nazir və nazirlikdən danışırıq. Sözün düzü ümid edə bilməsəm də hələ də inanmaq istəyirəm ki, 7-dən 77-yə hər kəsin haqlı olaraq, şikayətçi olduğu bu qurum haqqında ciddi ölçü götürülər.
Sağolun.".


Əmək yarmarkası hə???

Buna el arasında "lotunun axırıncı fırıldağı" deyirlər. Hərçənd ki, axırıncı olduğuna da inanmaq sadəlövhlük olar.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Mövzuya qayıdacağıq.

DogruXeber.az