Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin cənubunda 41 yaşayış məntəqəsinin Rusiya işğalından azad olunduğunu açıqlayıb.

"Kanal14.az” xəbər verir ki, bu barədə dövlət başçısı videomüraciətində danışıb.

"Bu gün cənubdan şad xəbərlər var. 41 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu irəliləyişi təmin edən bütün qəhrəmanlarımıza minnətdaram”, - Ukrayna lideri vurğulayıb.