Ötən gün "Turan Tovuz”la oyunda zədələnən "Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev durumu barədə paylaşım edib.

"Kanal14.az" xəbər verir ki, qapıçı instaqram paylaşımında vəziyyətinin yaxşı olduğunu qeyd edib:

"Mənə görə narahat olan hər kəsə təşəkkür edirəm. Mən yaxşıyam. Təşəkkürlər Tovuz”. 

Qeyd edək ki, "Qarabağ” Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyunda "Turan Tovuz”la qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Oyunun sonuna yaxın komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Şahruddin Məhəmmədəliyev boynu üstə yerə düşüb. O, oyunu davam etdirsə də, matçın final fitindən sonra meydanı xərəkdə tərk edib.