Gündəm / Cəmiyyət / Sosial

Regional Məşğulluq Mərkəzi xalqı ələ salıb

Regional Məşğulluq Mərkəzi xalqı ələ salıb

Kanal14.az: - Hər zaman narazı vətəndaşların müraciətləri əsasında onları narahat edən problemləri ictimailəşdirən "DogruXeber.azolaraq, bu dəfə öz əməkdaşlarımızdan birinin (daha doğrusu ailə üzvünün) başına gələn maraqlı bir olayı ictimailəşdirməkdə zərurət duyduq.

Belə ki, əməkdaşımızın atası bir neçə gün əvvəl iş üçün Bakı regional Məşğulluq Mərkəzinə müraciət edib. Müraciət etdikdən bir neçə gün sonra, 05.10.2022-ci il tarixində Regional Məşğulluq Mərkəzindən zəng edib iki nömrə verirlər ki, "Yarım saat sonra bu nömrə ilə əlaqə saxla, get. Orda iş var.". Adam yarım saat sonra verilən nömrəyə zəng edir və cavab alır ki, "Artıq, işə başqası götürülüb".

Ardından əməkdaşımız həmin nömrəyə zəng edib, şirkətin adını soruşub və iş olmadığı halda atasına niyə o nömrənin verildiyini soruşub.
Telefona cavab verən operator xanım bildirir ki, "Bura "Aybut" şirkətidir. Şəmkirdə yol çəkilir, ora işçi lazım idi, artıq başqası götürülüb".

İnternet üzərindən "Aybut" yazın, axtarın. Görün, qarşınıza nə çıxacaq? Bu "şirkət" haqqında hansı məlumatlara rast gələcəksiniz? Ümumiyyətlə hər hansı bir məlumata rast gələcəksinizmi?

Görünür, Bakı Regional Məşğulluq Mərkəzinin dövlətin büdcəsindən havayı maaş və əlavə "çak-çuklar qoparan" əməkdaşları xalqı ələ salır. Ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri "dövlət büdcəsinə verdiyi xeyir"dən danışaraq, xalqın pensiyasını, ünvanlı sosial yardımını kəsib ac qoyduğu nümayəndələrini ələ salması onun üçün o qədər "əyləncəli" olub ki, tabeçiliyində olan qurumlar və çalışanlarına da eyni yöndə "fəaliyyət göstərməyə ixtiyar verib".

Ortada iş yox, şirkət yox, amma, vətəndaşa orada iş təklif edilir, sonra da "başqasını götürdük" deyib, sözün əsl mənasında vətəndaşla alay edirlər.

Maraqlıdır, görəsən Dövlət statistika komitəsinin hesabladığı 95% iş yerinə mövcud olmayan "Aybut" kimi daha neçə "şirkət"in adı salınıb? Budurmu, "iş var, işləyən yoxdur", "Sosial yardımlar, pensiyalar insanları arxayınlaşdırır" deyərək, yeganə gəliri - çörəkpulunu da kəsib, aclığa məhkum edilən insanların nəsibi ?!

Mövzuya daha geniş detalları ilə qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az