Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıb

Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıb

Sabiq şöbə müdirinin oğlu, "Xəzər" TV-nin o zamankı prezidenti Şamxal Həsənli Dubayda cazibədar əmlak agenti Nensi Karamla müəyyən sövdələşmələr əldə edir və Birləşmiş Ərəb Əmirliklərində daşınmaz əmlak daşınmaz əmlak sahibi olur.
Teref.az yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli deyir. Daha sonra Cavanşır bəy Əli Həsənovun biznesi ilə bağlı davam edərək deyir ki, 3 il sonra Şamxal Həsənli Nensini investisiya üçün Dubayın ən etibarlı əmlak agentlərjndən biri kimi xarakterizə edəcəkdi. "Quyruq" da elə burda ələ keçir və Şamxal "Provident” şirkəti üçün yazdığı rəydə Dubayda daşınmaz əmlak aldığını təsdiq edir.

Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıb


Əlbəttə, BƏƏ kimi informasiya resurslarının qapalı olduğu ölkədə Əli Həsənovun mülkünü, əmlakını tapmaq qumsallıqda xəzinə axtarmaq kimi bir işdir. Üstəlik Şamxal Dubaydan Amerikanın bahalı kurort şəhəri Miamiyə üz tutmaqla ləpirləri daha tez itirməyə çalışmışdı.
Amma Şamxalın Amerikadakı yeni daşınmaz əmlak maklerlərinin dili ilə desək 'çifayda"...
Əli Həsənov Azərbaycandan çıxarılan vəsaitləri oğlunun əli ilə Dubayda "yerbəyer edəndən" sonra "Dubay əmirliyini" qızına həvalə etdi.

Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıb


Səfiyə Möhbalıyeva Əli Həsənovun qızl olmaqla yanaşı Milli Məclisin üzvü, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri Səttar Möhbəliyevin gəlinidir. Atası vəzifəsindən qovulduqdan sonra o da qardaşı kimi işi ilə vidalaşmalı oldu və Dubaya üz tutdu, indiyədək Əli Həsənovun buradakı mallna-mülkünə sahiblik edir. Ən nəhayət bu ilin avqustunda Səfiyənin atasının fəxr etdiyi çapovulçu "ailə biznesi" böyük qumsallıqda bərq vurmağa başladı. İndi məlum olur ki, 3 ay əvvəl sabiq şöbə müdiri Dubayda qızıl-brilyant və bahalı saatların alverinə girişib. Əlbəttə Dubaydakı əmlakı da, Əl-Başra küçəsi 1 ünvanındakı RASİS BUSİNESS CENTRE-nin 5-ci mərtəbəsindəki ofisdə (otaq nömrələri Z59 və Z60) daş-qaş və brilyant biznesini də keçmiş qapançının qızı idarə edir. Türklər demiş, neredən nereyə?!

Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıb


7 mərtəbəli biznes və residential mərkəzin ətrafında GEMAEE brendinin iri reklam lövhəsi diqqəti cəlb edir. Böyük ehtimalla biznes mərkəzi Əli Həsənovun Dubaydakı biznesində ən önəmli həlqədir. MOANDSONS GENERAL TRADING LLC Dubayda Əli Həsənovun biznesinin sığındığı hüquqi ünvandır: Mohammadali (atasının adı Məhəmmədəli) and Sons (və oğulları).

Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıb


GEMAEE-nin kataloqu zəngindir, burada dəyəri 50-60 min dollarlıq "Rolex" saatları, 70 min dollarlıq boyunbağılar, qızıl-zinət əşyaları, qiymətli daş-qaşlar təqdim olunur. Şirkətin internet səhifəsində (https://www.gemaee.com/) Əli Həsənovun qızı bunları qeyd edib: "Gemaee ilə biz zərgərlik sənayesinə yeni bir marka gətirmək istədik. Biz təkcə ən orijinal zinət əşyalarını təqdim etmirik, həm də tərəfdaşlıq vasitəsilə müxtəlif zərgərlik markalarını müştərilərimiz üçün bir araya gətiririk".
C avanşir Həsənli

Əli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıbƏli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıbƏli Həsənovun Dubaya biznes köçü hələ 2017-ci ildən - Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi vəzifəsində çalışdığı illərdən başlayıb FOTO illərdən başlayıb