Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbə yeni direktor təyinatı olub.

Bu barədə "Kanal14.az"a Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, daha əvvəl Abşeron-Xızı Regional Təhsil İdarəsində metodist vəzifəsində çalışan Nuranə Vəliyeva direktor vəzifəsindən azad edilmiş Çinarə Atayevanı əvəzləyib.

Qeyd edək ki, bir neçə ay əvvəl sosial şəbəkələrdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 nömrəli tam orta məktəbin direktoru Çinarə Atayevanın şagirdlərin birini döyməsi və mobil telefonunu qırması barədə məlumat yayılmışdı.