15-25 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

"Kanal14.az" xəbər verir ki, yarışda 37 ölkədən 416 atlet (194 qadın və 222 kişi) iştirak edəcək. Medallar uğrunda mübarizəyə Azərbaycan yığma komandasının üzvləri də qoşulacaqlar. Artıq onlardan  biri – Tehran Məmmədov körpücük üzərinə çıxıb. O, yaşı 20-yə qədər olan idmançılar arasında 61 kq çəki dərəcəsində qüvvəsini sınayıb.

İdmançımız birdən qaldırma hərəkətində 120 kq-ı ram edərək bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.

O, təkanla qaldırma hərəkətində 141 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyində bürünc medal əldə edib

Toplam 261 kq (120+141) nəticə göstərən Tehran Məmmədov yekun sıralamada gümüş medal qazanıb.