Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

“Dərman qıtlığı ölkədə hiss ediləcək dərəcədə problemlər yaradıb”— HƏKİM


 
"Dərman qıtlığı ölkədə hiss ediləcək dərəcədə problemlər yaradır”.
Bu fikirləri tibb üzrə elmlər doktoru, həkim Adil Qeybulla deyib. O qeyd edib ki, xüsusilə də, xəstəxanalarda həkimlərin müalicə işinin aparılmasına xeyli əngəl törədir.
"Bütün bu kimi həlli vacib məsələlər nəzərə alınmalı və qarşısının alınması üçün müəyyən tədbirlər görülməlidir. Şayiələr gəzir ki, dərman preparatlarının əsas maddəsinin içərisində olan miqdarı azaldılır. Gedib, danışılır yerində və sair. Əvvəla buna imza atan şirkətlər xaricdə cinayət məsuliyyətinə qol çəkirlər. Nəzərə almaq lazımdır ki, bu cür dərmanlar xəstələrə təsir etmir. Biz indi görürük ki, ölkəyə 100-dən çox antibiotiklər gətirilir. Bunların çoxu keyfiyyətsizdir. Bizim çoxumuz keyfiyyətsiz dərman prepatları ilə rastlaşırıq. Ümumiyyətlə, hər bir ölkə özünün dərman strategiyası ilə bağlı düşünməlidir. Ölkəmizə keyfiyyət parametrləri heç bir şübhə doğurmayan dərmanlar idxal edilməlidir. Qardaş Türkiyədən və Avropadan isə həmin dərmanları gətirmək mümkündür”.