"Kanal14.az" xəbər verir ki, bu barədə müvafiq fərman hökumətin rəsmi internet portalında dərc edilib.

"Rusiya Federasiyasının milli maraqlarını qorumaq üçün  6 avqust 2014-cü il Prezidentin fərmanı ilə nəzərdə tutulmuş bəzi xüsusi iqtisadi tədbirlərin qüvvəsini 2023-cü il yanvarın 1-dən dekabrın 31-dək uzadmaq qərarına gəlirəm", - sənədin mətnində deyilir.

O, hökumətə fərmanın icrası üçün zəruri tədbirlərin görülməsini təmin etməyi tapşırıb.

Sənəd Krımın Rusiyaya birləşdirilməsi ilə əlaqədar anti-Rusiya sanksiyaları tətbiq edən və ya davam etdirən dövlətlərdən məhsulların tədarükünə qarşı ərzaq embarqosunu uzadıb.

Embarqo ilkin olaraq ABŞ, Avropa İttifaqı, Avstraliya, Kanada və Norveçdən məhsulların tədarükünə tətbiq edilib.