Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Azərbaycanda kimlər kasıb hesab olunur və sayı nə qədərdir? — Rəsmi AÇIQLAMA

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda yoxsulluq səviyyəsi 5,9% olub.
Kanal14.az
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin əvvəlində ölkə əhalisinin sayı 10 milyon 156,4 min nəfər olub. Belə olan halda, Azərbaycanda 599 min 228 nəfər yoxsulluq həddində yaşayır.
Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda yoxsulluq həddi 204 manat 70 qəpikdir. Aylıq gəliri bu məbləğdən aşağı olanlar yoxsul hesab olunurlar.
Müqayisə üçün bildirək ki, yoxsulluq səviyyəsi ötən il 6,2% olub. Yoxsulluq səviyyəsi 2001-ci ildə 49%, 2019-cu ildə isə  4,8% təşkil edib./yeniavaz.com