Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makrona zəng edərək Kiyevə və Ukraynanın digər şəhərlərinə və infrastrukturuna raket hücumlarını müzakirə edib.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat dərc edib. 

Zelenskinin sözlərinə görə, o, Makronla ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsini, eləcə də Avropa və bütün dünyanın Rusiyanın hərəkətlərinə sərt reaksiya verilməsinin vacibliyini müzakirə ediblər. 

"Fransa Ukraynanı dəstəkləyir", - deyə Ukrayna lideri qeyd edib.