Gündəm / Siyasət / Cəmiyyət

Ermənistan həm tank, həm də piyada əleyhinə minaları birgə basdırıb — RƏSMİ

 
 
"44 günlük Vətən müharibəsindən sonra  düşmən tərəfindən torpaqlarımızda çoxsaylı minalar basdırılıb".
Kanal14.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov deyib.  O bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Ermənistan dövləti torpağımızda çoxlu hərbi cinayətlər törədiblər:
"Hətta, amansız düşmən tank və öiyada əleyhinə minaları yanaşı basdırıb. Bu hərbi cinayətin böyüklüyündən xəbər verir. Bunun kimi nə qədər açılmamış cinayətlər var. Bu yaxınlatda Edilidə kütləvi məzarlıqları aşkarlandı. Təbii ki,  bu kütləvi məzarlıqlara yenə rast gələcəyik. Azərbaycan tərəfi bütün ermənu hərbi cinayətlərinin cavabını 44 günlük Vətən müharibəsində göstərdi.Çox təəssüf ki, Ermənistan adlı bir dövlət kimi qonşumuz var. Buna görə də, ordumuz ən yüksək keyfiyyətə malik şəkildə silahlanmalıdır.  Müasir silah və texnika ilə təmin olunmalıdır. Bu gün qardaş Türkiyə ordusunun modelinə yaxınlaşmaqla, bu işlərin öhdəsindən gəliriik. Gələcəkdə də qarşısı almaq üçün tədbirlər görürük".