Gündəm / Cəmiyyət / Sosial / Video

Bu kəndin sakinləri prezidentə üz tutdular - VİDEO

Bu kəndin sakinləri prezidentə üz tutdular - VİDEO

Bir neçə gün əvvəl "DogruXeber.az" informasiya agentliyinə müraciət edən Şamaxı Rayonunun Çıraqlı kəndinin bir qrup sakinləri agentliyin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımda ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət ediblər.

Onlar, əsasən kəndin su və yolsuzluq problemlərindən narazılıqlarını dilə gətiriblər.

Sakinlər, bildirir ki, "Artıq, 20 ildir biz bu problemləri yaşayırıq. Bununla bağlı müraciət etmədiyimiz qurum qalmayıb. Baxılmır ki, baxılmır. Hətta, bir neçə il əvvəl deputat seçkiləri zamanı, seçkiqabağı təbliğat aparan - hazırkı deputatımız Tamam Cəfərovaya da bu barədə demişdik. O da demişdi, - "Siz mənə səs verin, mən seçilsəm bu məsələni aidiyyatı qurumlar qarşısında qaldıracam".

Bu kəndin sakinləri prezidentə üz tutdular - VİDEO

Səs verdik, seçdik Tamam xanımı. Ancaq, onun üzünü elə ovaxt gördüyümüzdür. Ona da dəfələrlə yazmışıq, heç bir reaksiya yoxdur.

Bələdiyyə desən, torpaq pulu yığır bizdən, hara gedir o pullar? Niyə baxmır şikayətimizə, onu da bilmirik.

İcra Hakimiyyətinə dəfələrlə müraciətimizdən sonra, təqribən bir il bundan əvvəl İcra başçısının tapşırığı ilə köhnə dəmir su boruları sökülüb satıldı, yerinə kapron borular quraşdırılırdı, o da eləcə yarımçıq qaldı.

Bu problemlər üzündən kənddə cavanlar qalmayıb. Heç kim bu vəziyyətdə uşaq böyütmək istəmir. Susuzluqdan təsərrüfatla da məşğul olmaq olmur. İçməyə güclə su tapırıq. Bu qədər çətinliklərin arasında, üstəlik də içməli suyu pul ilə almaq məcburiyyətindəyik."




Yeri gəlmişkən, videomaterial yayıldıqdan qısa müddət sonra, Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi yayımlanan videonun şərh bölməsində münasibət bildirib.

"Bildiririk ki, Şamaxı rayonunun Çıraqlı kəndində su xəttinin çəkilişinə başlanılmış, yaxın gələcəkdə vəsait olduğu təqdirdə su xəttinin çəkilişi bitəcəkdir."

Hörmətli Şamaxı Rayon İcra Hakimiyyəti və dəyərli izləyicilərimiz, diqqət etdinizsə sakinlər işə başlanıldığını göstərmək üçün, "ildən artıq müddətdir ki, çəkilişi yarım qalmış yeni kapron borular da artıq, "çürüməyə hazır" vəziyyətdədir" - deyirlər.

Maraqlıdır, 20 ildir eyni problemi yaşayan sakinləri sakitləşdirmək üçün verilən bu vədin yerinə yetirilməsi üçün onlar daha neçə il gözləməlidirlər?

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az