Gündəm / Cəmiyyət / Hadisə / Video

ŞOK İDDİA - ""Ulduz" metrosu fövqəladədən betər gündədir" // VİDEO

ŞOK İDDİA -

Kanal14.az: - Artıq, hər kəsə bəllidir ki, məlum səbəblərdən bütün dünyada iqtisadi böhran başlayıb və aidiyyatı qurumlar da böhranın hələ davam edəcəyinin, hətta daha da kəskinləşəcəyinin xəbərdarlığını edirlər.

Böhranla bərabər isə qarşısını qismən də olsa almaq üçün ən azından işsizlik problemini aradan qaldırmalı olan dövlətin əksər idarələrində sanki, "ixtisar mövsümü" başlayıb. Bir çox dövlət qurumlarında, dövlət müəssisələrində çalışanların (əsasən də texniki işçilərin) əksəriyyəti özlərinə heç bir xəbərdarlıq edilmədən və real səbəb olmadan işdən çıxarılır. Yerinə isə ya yaxın, qohumlardan kimlərsə gətirilir, ya da rüşvət müqabilində kimlərəsə verilən iş vədləri bu cür yerinə yetirilir.

Məsələn, bir neçə gündür sosial şəbəkələrdə "Ulduz" metrostansiyasının təmizlikçisi Sevil Xanbabayeva kimi.

"DogruXeber.az"ın bildirdiyinə görə Sevil Xanbabayeva iddia edir ki, ona heç bir xəbərdarlıq edilmədən işdən çıxarılıb. Özü də dediyinə görə orada işdən çıxarılan yeganə şəxs deyil. Ondan əvvəl də bir neçə təmizlikçi işdən səbəbsiz çıxarılıb və 3-4 nəfərin işini görmək isə məcburən işləyən bir nəfərin üzərinə yüklənir.

Video burada: https://www.instagram.com/tv/CjfeN0gBAFo/?igshid=NGI3YWI1Y2U=

Xanımın söylədiklərindən ən çox diqqət çəkən tərəf isə Bakı metropoliteninin Fövqəladə Hallar Nazirliyindən daha betər vəziyyətdə olması barədə dedikləri olub.

Bildiyimiz kimi az müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri iş yerində əxlaqsız hərəkətləri ilə gündəm mövzusu olmuşdu. Sevil Xanbabayeva isə məhz bu cür əxlaqa zidd halların Bakı metropolitenində də cərəyan etdiyini iddia edir.

Bildirir ki, "orada çalışanların əksəriyyəti əxlaqa zidd hərəkətlərlə məşğuldurlar. Hələ çox şeylər bilirəm, indi demirəm".

Qeyd edilənlərlə bağlı adıçəkilən tərəfin də mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

DogruXeber.az