Məşhur "Xaç atası" filminə görə layiq görüldüyü "Oskar" mükafatından imtina edən yerli amerikalı aktyor və fəal Sacheen Littlefeather vəfat edib.

 "Qanunla.az" xəbər verir ki, bu barədə Kino Filmləri Akademiyası məlumat yayıb. 

"1973-cü ildə Marlon Brandonun "Ən Yaxşı Aktyor" Mükafatından imtina edən yerli amerikalı vətəndaş hüquqları fəalı Sacheen Littlefeather 75 yaşında vəfat etdi", - məlumatda bildirilib. 

Aktyor və aktivist ilk dəfə 2021-ci ildə "Facebook"da paylaşdığı yazıda ona döş xərçəngi diaqnozu qoyulduğunu açıqlamışdı.

Qeyd edək ki, aktyor ötən ay kütlə qarşısında çıxış edərək tezliklə öləcəyini bildirib: "Mən tezliklə ruhlar aləminə keçirəm. Bilirsiniz, mən ölməkdən qorxmuram".