Gündəm / Siyasət / Dünya

“Rusiyanın bu qərarını qəbul edə bilmərik!” — Türkiyə XİN-dən BƏYANAT


 
"Türkiyə Donetsk və Luqansk "Xalq Respublikalarının”, Zaporojye və Xerson vilayətlərinin Rusiya Federasiyasına birləşmək qərarını qəbul edə bilməz”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
"2014-cü ildə tutduğumuz mövqeyə uyğun olaraq, qərarı qəbul etmirik. Beynəlxalq hüququn müəyyən edilmiş prinsiplərini kobud şəkildə pozan bu qərar qəbul edilə bilməz”, – bəyanatda deyilir.
Ankara tərəfləri sülh yolu ilə nizamlanma üçün danışıqlara çağırıb.