Gündəm / Hadisə / Dünya

“Övladlarımız "Kadırovçular" tərəfindən zorlanır” — Rus əsgərlərin anaları


 
Qondarma Donetsk Xalq Respublikasına səfərbər olunanların yaxınları çeçenlərin əsgərləri zorlamasından şikayət ediblər.
Kanal14.az
 xarici KİV-ə istinadən xəbər verir ki, səfərbər olunanların anaları və həyat yoldaşları bununla bağlı "DXR"-nın rəhbəri Denis Puşilinə kollektiv müraciət məktubu ünvanlayıblar.

Məktubda Kadırovçuların qondarma respublikanın hərbçilərini ələ salması barədə məlumat da yer alıb:

"Məni silahla hədələdilər və it kimi güllələyəcəklərini dedilər. Çeçenlər hərbçilərimizi təhqir etdilər. Bildirdilər ki, torpağımızda heç kim və heç nə yoxdur. Bizimlə istədiklərini edəcəklər "deyə hərbçilərin yaxınları vəziyyəti təsvir ediblər. Məktubda qadınlar Puşilindən çeçenləri açıq şəkildə və amansızlıqla cəzalandırmasını xahiş edirlər". /32gün.az