Gündəm / Cəmiyyət

QHT Agentliyinin təşkilatçılığı ilə QHT rəhbərləri Şəhidləri ziyarət ediblər



Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT rəhbərləri və nümayəndələri "27 sentyabr Anım Günü” ilə bağlı Ulu Öndər Heydər Əliyevin məzarını, I və II Şəhidlər Xiyabanlarını ziyarət ediblər.

Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal, "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının idarə heyyəti və fəal üzvüləri ilə birlikdə Şəhidlərimizin anım günü ilə bağlı Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.
Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Daha sonra İkinci Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin, məzarları ziyarət edib. Üzərinə güllər düzüblər.//Millixəbər.az