"Kanal14.az" xəbər verir ki, bu barədə prezident Vladimir Zelenski CBS telekanalına müsahibəsində bildirib.


"Bu gün mən əlavə məlumat aldım. Daha iki kütləvi məzarlıq tapıldı, yüzlərlə insanın olduğu böyük məzarlıqlar. Söhbət kiçik İzyum şəhərindən gedir, bilirsinizmi? Kiçik şəhərdə daha iki kütləvi məzarlıq var".


Zelenski Rusiyaya qarşı sanksiyaları ədalətli adlandırıb və təkid edir ki, dünya Putin rejiminə qarşı sanksiyaları davam etdirməlidir.