Gündəm / Cəmiyyət / Hadisə / Təhsil

AMEA-da NÖVBƏTİ RƏZALƏT: Mərkəzi Elmi Kitabxanadan nadir kitablar yoxa çıxarılıb – ŞOK OĞURLUQ

AMEA-da NÖVBƏTİ RƏZALƏT: Mərkəzi Elmi Kitabxanadan nadir kitablar yoxa çıxarılıb – ŞOK OĞURLUQ

Milli Elmlər Akademiyası (AMEA) artıq neçənci dəfədir, neqativ planda diqqət mərkəzinə düşür.

Kanal14.az xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasından (MEK) ümumi dəyəri 12 min manat olan nadir kitablar oğurlanıb.

Redaksiyanın əldə etdiyi məlumata əsasən, MEK-də yoxa çıxarılan qiymətli kitabların sayı 60 civarındadır.

Daxil olan informasiyada qeyd edilir ki, nadir kitabların oğurlanması faktının ictimailəşməsi MEK-də ciddi qalmaqal yaradıb və bu naqis hadisədə kitabxananın bir sıra məsul şəxslərinin adı hallanır.

MEK əməkdaşlarının redaksiyamıza göndərilən səsli yazışmalarında hadisənin əsas təşkilatçısı qismində kitabxananın direktoru, professor Məmməd Əliyevin adı vurğulanır.

Bildirilir ki, hadisədən 1 ay əvvəl məhz onun göstərişi ilə Kitabxananın müşahidə kameraları yararsız vəziyyətə gətirilib və bunda məqsəd oğurluqla bağlı sübutların yaranmasının qarşısını almaq olub.

MEK-nin xanım əməkdaşlarından birinin səs qeydinə əsasən, nadir kitablar oradan Elmir, Hüseyn və Fərid adlı işçilər tərəfindən əl arabası ilə çıxarılıb. Bundan sonra kitabların "itməsi”nin məsuliyyətini mühafizəçi xanımın üzərinə qoyaraq onu işdən çıxarıblar. Lakin şəhid ailəsinin üzvü olan xanım "Elton müəllimə şikayət etdikdən sonra” işinə bərpa edilib.

Maraqlıdır ki, kitabların yoxa çıxması faktı ictimailəşəndən sonra MEK rəhbərliyi vəziyyətdən çıxmaq üçün "həmin kitabların müxtəlif təşkilatlara hədiyyə olunduğu” haqda bəzi saytlarda məlumat verilməsinə nail olublar. Lakin qeyd olunan kitablar elmi fond sayıldığından kitabxana rəhbərliyinin onları hədiyyə etmək səlahiyyəti yoxdur.
Mövzunu davam etdirəcəyik.//yenicag.az