Gündəm / Cəmiyyət

Hərbçilərə telefon qadağası - Qanun dəyişə bilər

Hərbçilərə telefon qadağası - Qanun dəyişə bilər

 

"Döyüş əməliyyatlarına və posta gedən hərbçilərin mobil telefon və ya hansısa çəkiliş aparatının olması yolverilməzdir. Biz bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı təşəbbüslə çıxış etməliyik".


Sonxeber.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında deputat Bəxtiyar Sadıqov deyib.


 

Onun sözlərinə görə, son təxribatlar zamanı da hərbçilərin videoçəkilişlər edib yaydığı müşahidə olunub:

"Bu çəkilişlər düşmənə koordinasiyanı müəyyən etməyə imkan verir. Hesab edirəm ki, bu cür çəkilişlər yolverilməzdir və bunun qarşısının alınması üçün qanunvericiliyə mümkün dəyişiklik etməliyik".