Gündəm / Cəmiyyət / Hadisə / Sosial

Yardımlıda ata 2 qızını bir kişi ilə evləndirmək istədi

Yardımlıda ata 2 qızını bir kişi ilə evləndirmək istədi

Yardımlı rayonunda ata qızını digər qızının əri ilə evləndirməyə çalışıb.

"Kanal14.az" xəbər verir ki, bu barədə "Qadın və Uşaq Sığınacağı"nın rəhbəri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, Yardımlıdan ayaqyalın Bakıya gələn qadın bildirib ki, 3 il evlilikdən sonra boşanaraq atasının evinə gedib. Ata qızını bir müddət saxladıqdan sonra onu digər qızının evli olduğu şəxsə ərə vermək istəyib. Evləndirmək istədiyi şəxs isə Yardımlı rayon Arvana kənd məktəbinin direktoru vəsifəsində çalışır.

"Ata qızına bildirib ki, bacın (məktəb direktoru ilə) evlidir ona yaxşı baxır sənə də yaxşı baxacaq, imkanı yaxşıdır sən də onunla evlənməlisən... Məktəb direktoru qıza məcburi kəbin kəsdirib, qızın boynundakı kəlağayı ilə onu boğaraq evə gəlməsini "Səninlə kəbin üçün 40 manat pul vermişəm" deyərək evinə aparmaq istəyib.

Bildirilib ki, qadın Binəqədi Rayon Polis idarəsi tərəfindən sığınacağa yerləşdirilib.