Gündəm / Siyasət / Cəmiyyət / Sosial

Anons - DİQQƏT !

Anons - DİQQƏT !
Dəyərli izləyicilər !

15.09.2022-ci il tarixindən etibarən, hər həftənin 4-cü (cümə axşamı) günləri agentliyimizin tərkibində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda "Azimut - 250" verlişi yayıma başlayır.

Verliş tanınmış siyasətçi, "Azadlıq" partiyasının sədri Əhməd Orucun təqdimatında saat 16:00-dan, 17:00-a qədər canlı yayımlanacaq.

Qeyd edək ki, 1 saat ərzində proqramın müəllifi və aparıcısı Əhməd Oruc maraqlı söhbətləri, analitik şərhləri ilə qarşınızda olacaq.

Canlı efir zamanı mövzuya dair hər hansı sualınız, əlavə fikirləriniz yaranarsa, yaxud canlı efirə qoşulub fikirlərinizi bölüşmək istərsinizsə,videonun şərh bölməsində yazaraq, bizə bildirin.

Yazdıqlarınızın hər biri canlı efirdə səsləndiriləcək və cavablandırılacaq.

"Kanal14" YouTube kanalımıza abunə olmaqla bütün yayımlarımızı canlı izləyə bilərsiniz.