Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial / Səhiyyə

"Bölgədə ən bahalı dərmanı biz alırıq"


"Dərman preparatlarının qiymətləndirilməsi ilə məşğul olan qurum dərmanların qiymətlərini o qədər sürətlə qaldıra-qaldıra gedir ki, belə getsə dünyada ən baha dərman Azərbaycanda olacaq".

"Kanal14.az" xəbər verir ki, bunu endokrinoloq həkim Fərhad Burzu sosial şəbəkə hesabındakı paylaşımda yazıb:

"Uzun müddətdir hər qəbulda pasientlər Azərbaycanda dərman qiymətlərinin yüksək olduğunu deyirlər. Vaxt olmurdu ki, qonşu ölkələrdə olan dostlardan bu məsələni soruşum. Sadəcə Türkiyə və Azərbaycan arasındakı bəzi dərmanların müqayisəli qiymətlərini çıxara bildim. Qonşu Türkiyədə bəzi preparatlar bizdən 2 qat, bəziləri 4-5 qat ucuzdur. Qiymətlər Gürcüstanda da bizdən xeyli aşağıdır. İranda isə eyni tərkibli preparatların qiyməti bizdən hardasa 10 dəfə aşağıdır. Dərman preparatlarının qiymətləndirilməsi ilə məşğul olan qurum dərmanların qiymətlərini o qədər sürətlə qaldıra-qaldıra gedir ki, belə getsə dünyada ən baha dərman Azərbaycanda olacaq. Hələlik bölgədə ən bahalı dərmanı biz alırıq. Dövlət bəzi dərmanlarla pasientləri təmin etsə də, təmin oluna bilməyən kütlə də var. Bu qədər yüksək qiymətlərlə vətəndaşlarımıza dərman preparatlarını əlçatmaz etməyin doğru olmadığını düşünürəm. Keyfiyyət məsələsi isə tamam başqa mövzudur. Təəssüf çox təəssüf...", - F. Burzu paylaşımında bildirib.