"Kanal14.az" xəbər verir ki,  bu barədə Ukrayna Prezident Aparatının rəhbərinin müavini Andrii Sybiqa yerli KİV-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, indiki mərhələdə Rusiya ilə danışıqlar aparılmır.

"Mən bunu sizə rəsmi şəkildə təsdiq edirəm. Təbii ki, müəyyən cəhdlər var, o cümlədən üçüncü dövlətlər vasitəsilə.Moskva Zelenskiyə üçüncü ölkələr vasitəsilə təzyiq göstərməyə çalışır.Bu zorakılığa, vətəndaşlarımızın öldürülməsinə son qoyulmayana qədər, danışıqların hər hansı diplomatik izindən danışmaq çox çətindir", - deyə o,  bildirib.