Gündəm / Cəmiyyət / Sosial

Masallı meşə təsərrüfatında rəzalət

Masallı meşə təsərrüfatında rəzalət

"Kanal14.az" Turkdünyası.az-a istinadən  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov ekologiyamızı bərbad günə qoyub. Meşələrimizə gəldik də isə pensiya yaşına bir neçə ay qalmış, əksər gününi bülletendə keçirdən və əvvəllər ekologiya sahəsində rəis işlədiyi vaxtı təbiətimizə divan tutan Xalıqverdi Hüseynovun oyun-oyunacağına çevrilib.

Bu iki dırnaq arası ekoloq Regional Meşə Təsərrüfatları Mərkəzlərində direktor və onların müavinləri vəzifələrinə qeyri-meşəçiləri gətirib yerləşdiriblər.

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə bir neçə ay öncə qeyri-meşəçi, ağacların cinsin və ümumiyyətlə meşədən anlayışı olmayan Nəsimi Nəsibov adlı şəxsi gətirib direktor qoyublar.

Bu şəxs direktor gələndən sonra başı qarışıb meşələri məhv etdirməyə.
Aldığımız məlumata görə, hazırda Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Xidməti ərazilərində olan istirahət-rekreasiya obyektlərində müqavilə müddəti bitmiş obyektlərin müqavilələrin artırılır və hər bir obyektə 3000-5000 manat rüşvət alınır.
Aldığımız məlumata görə, 07.09.2022-ci il tarixdə 10 (on) istirahət mərkəzinin müqavilə sənətin və 50 000 manat da pulu götürüb bir başa "krışa"sı olan Vüqar Kərimovun yanına Bakıya yollanıb. Yəni bitmiş müqavilələrin vaxtını artırmaq üçün.

Hazırda Masallı ərazilərində olan 150-yaxın mebel sexləri yerli meşə materialları ilə doludur.
Yaxşı, belə bir sual olunur.
Meşədən anlayışı olmayan birisi neçə oldu ki, Vüqar Kərimovun "sehirli çubuğu"nun vasitəsilə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin edildi?

İyul 2022-ci ildə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev xaricdə olduğu vaxt, onun sağ əli olan Vüqar Kərimov bu fürsətdən istifadə edib Nəsimi Nəsibov Masallı RMTM-nə direktor təyin etdirdi.
Deyilənə görə, sözügedən vəzifəyə Nəsimidən 80 000 manat rüşvət alıb.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.