Gündəm / Cəmiyyət / Təhsil

Kafedra müdiri Elm və Təhsil Nazirliyini tənqid etdi - Giley

Kafedra müdiri Elm və Təhsil Nazirliyini tənqid etdi - Giley
Kanal14.az: - Gəncə Dövlət Universitetinin kafedra müdiri,texnika elmləri üzrə fəlsəfə doktoru ELÇİN CAVADOV özünün Facebook hesabında Elm Və Təhsil Nazirliyini ciddi tənqid edən post paylaşıb…

Onun da qeyd etməliyik ki, Elçin Cavadov Gəncənin sayılıb-seçilən,demokratik fikirli ziyalılarından biridir. O, həmişə mətbuatda tənqidi çıxışları ilə fərqlənib.Bu fərqlilik də ona böyük nüfuz qazandırmışdır…

Elçin Cavadov Təhsil nazirliyini yol verdiyi nöqsanlara görə həmişə tənqid edib.Bu da rəhbərliyin xoşuna gələ bilməz,təbii ki…

Turantv.az saytı olaraq Elçin Cavadovun sözügedən postunu sizə təqdim edirik:

"Ümummilli liderimiz Heydər Əliyev demişdir :”Təhsil millətin gələcəyidir”. Hər bir ölkənin inkişafı, tərəqqisi xalqın təhsilindən asılıdır. Yüksək səviyyəli təhsil özlüyündə sivil toplum, peşəkar mütəxəssislər, aydın və uğurlu gələcəyin təminatı deməkdir. Həqiqətən də, təhsil spesifik sahədir. Bu elə bir sahədir ki, burada təhsil adamları, sırf ixtisas sahibləri, peşəkarlar işləməlidir. Müdafiə Nazirliyində və ya DTX-da başqa sahənin mütəxəsissləri işləyərsə nə baş verər? Təhsil də belə bir sahədir. Təhsil millətin gələcəyidir. Bu sahə ilə zarafat etmək olmaz.
Ayrı-ayrı fondların, Soros tipli təşkilatların maliyyəsi ilə xaricdə təhsil alıb ölkədə, o cümlədən Təhsil Nazirliyində rəhbər vəzifədə çalışan şəxslərin marağında deyil ki, respublikamızda təhsil inkişaf etsin. Bunların hamısının başı müxtəlif layihələrlə milyonları göyə sovurmağa qarışıb. Vəziyyət günü- gündən ciddi xarakter almaqdadır.
Sadəcə xaricdə təhsil alıb, "filankəsin qohumudur” meyarı ilə Təhsil Nazirliyində funksional vəzifələrə təyinatlar, "xarici dil bilirəmsə və ya xaricdə təhsil almışamsa demək ki, mən hər şeyi bilirəm” yanaşması, səriştəsizlik, qruplaşma və s. kimi amillərlə təhsili idarə etmək mümkün deyil. Qəribədir, gedib xaricdə bir vərəq sertifikat alıb gələnlər deyir ki, universitet bitirmişik və nazir olmaq istəyirlər.
Konkret olaraq, Təhsil Nazirliyində oturan şəxslər Azərbaycan təhsilini idarə etmək iqtidarında deyil. Ömrünü-gününü xalqın maariflənməsinə sərf edən çoxsaylı pedaqoji ictimaiyyət bu gün qeyri-peşəkar, təhsillə heç bir əlaqəsi olmayan şəxslərin rəhbərliyi altında əzab çəkirlər. Bu şəxslər ya qəsdən, ya da bacarıqsızlıqdan təhsilimizin vayına oturublar. Allah bunun betərindən saxlasın.”//Turantv.az