Gündəm / Cəmiyyət / Sosial

Müstəqim Məmmədov KİMDƏN VƏ NƏDƏN QORXUR? - TƏRTƏRDƏ ŞOK OYLAY

Müstəqim Məmmədov KİMDƏN VƏ NƏDƏN QORXUR? - TƏRTƏRDƏ ŞOK OYLAY

Avqustun 18-də Tərtər rayonunun Buruc kəndində vətəndaşların icra başçısı tərəfindən görüşü keçirilirdi. Qısamüddətli, reklam xarakterli görüş başa çatdıqdan sonra, əməkdaşlarımız icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova yaxınlaşıb və bu zaman başçı tərəfindən böhtan və hədələrə məruz qalıblar. Başcı səsinin tonunu yuxarı qaldıraraq, yüksək tonla rayon hüquq-mühafizə orqanlarına göstərişlərini verərək, jurnalistlərin polis idarəsinə aparılıb onların haqqında tədbir görülməsini, telefonlarına baxış keçirilməsini, çəkilişlərin silinməsini tələb edib. Aidiyyatı üzrə, verilən göstərişlər həyata keçirilib və jurnalistlər polis idarəsinə aparılıb. Polis idarəsində jurnalistlər haqqında araşdırmalar aparılıb və jurnalistlərin heç bir qeyri-etik hərəkətləri qeydə alınmayıb və polis idarəsindən sərbəst buraxılıb.

Müstəqim Məmmədov KİMDƏN VƏ NƏDƏN QORXUR? - TƏRTƏRDƏ ŞOK OYLAY

Maraqlısı odur ki, Müstəqim Məmmədov öz çirkin əməllərindən geri qalmır. Günahı olmayan jurnalistləri polis idarələrinə sürükləyən Müstəqim Məmmədov, görəsən yerli sakinlərə nə divan tutur.

P.S: Tərtər şəhər mərkəzi xəstəxanasının ətrafındakı mağazaların, Marquşavandakı, Səhləbaddakı torpaq sahələrinin kimə məxsus olması və Tərtər sakinlərinin hər gün muzdlu kimi Müstəqim Məmmədovun Yevlaxdakı malikanəsində işlədilməsi barədə gələn sayımızda.//qaynarxett.az