Gündəm / İqtisadiyyat / Cəmiyyət / Sosial

Aksiz dərəcəsi artdı: Aİ-92 və dizel bahalaşır? - AÇIQLAMA

Aksiz dərəcəsi artdı: Aİ-92 və dizel bahalaşır? - AÇIQLAMA

Kanal14.az: - "Azərbaycanda Aİ-92 və dizel yanacağının qiyməti başqa faktorlardan asılı deyil, yalnız dövlət tərəfindən tənzimlənir və qiymət Tarif Şurasının verəcəyi qərardan asılı olacaq. Nazirlər Kabinetinin "Neft məhsullarının aksiz dərəcələri səviyyəsinin dəyişdirilməsi və ölkə ərazisində daşınması xərcləri ilə bağlı bəzi məsələlər haqqında” qərarına əsasən, Azərbaycanda Aİ-92 markalı benzinin və dizelin aksiz dərəcəsi artırılıb. Kabinetin bu qərarının birbaşa qiymət artımına təsiri yoxdur”.

Bu sözləri Pravda.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Azərbaycanda həm Aİ 92 markalı benzinin, həm də dizel yanacağının qiymətini Tarif Şurası müəyyənləşdirir: "Vergilərin, aksiz dərəcələrinin dəyişməsi Tarif Şurasının qərarı olmadan qiymətlərin dəyişməsinə təsir göstərmir. Sırf aksiz dərəcələrinin qalxması qiymət artımı anlamına gəlmir. Amma gələcəkdə Tarif Şurası bu qərardan irəli gələn maya dəyərinin artmasını bəhanə göstərərək qiymət artımı ilə bağlı müəyyən qərarlar verə bilər. Aksiz dərəcəsinin indiki artımı o qədər də böyük deyil. Aİ-92 benzininin aksiz dərəcəsi 42%-dən 42,5%-ə qaldırılıb. Bu, cəmi 0,5% artım edir. Dizel yanacağında isə 18%-dən 18,3%-ə, yəni 0,3% qaldırılıb. Bunun qiymətlərə birbaşa təsiri yoxdur”.