Gündəm / Cəmiyyət / Təhsil

Bərbad vəziyyətdə olan Xıdırlı kənd məktəbi


Bərbad vəziyyətdə olan Xıdırlı kənd məktəbi – VİDEO

Salyan rayonunun qədim yaşayış məskənlərindən biri olan Xıdırlı kəndinin məktəbi bərbad vəziyyətdədir.

İctimai TV xəbər verir ki, şəhid Təbriz Xəlilbəyli adına Xıdırlı kənd tam orta məktəbinda 1000-ə yaxın şagird təhsil alır.

Təxminən 60 yaşı olan məktəb təmirsiz və şəraitsiz vəziyyətdədir. Belə ki, məktəbin pəncərələrinin şüşələri yoxdur, divarlar nəm, döşəmələr isə çürükdür.