Gündəm / Dünya

ABŞ Avropaya daha 260 hərbçi göndərəcək


ABŞ Avropaya daha 260 hərbçi göndərəcək
 
ABŞ hakimiyyəti Avropaya daha 260 hərbçi göndərəcək.

"Kanal14.az" xəbər verir ki, bu barədə ABŞ Quru Qoşunlarının mətbuat xidmətindən bildirilib.

"ABŞ Ordusu bu gün Avropa və NATO müttəfiqlərimizi dəstəkləmək üçün 101-ci Diviziya Briqadası Qərargahının Kentukki ştatının Fort-Kempbell şəhərindən payızda göndərəlicəyini elan edib. Təxminən 260 hərbçidən ibarət kontingent göndəriləcək", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, hərbçilərin göndərilməsi müvəqqəti olacaq. Dəqiq tarix və istiqamət açıqlanmayıb.