Gündəm / Siyasət / İqtisadiyyat / Cəmiyyət
17:30 / 5.08.2022
34

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

"Kanal14.az" bildirir ki, Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Arif Alışanovun milyonluq mülkləri üzə çıxıb.

Bununla bağlı mətbuatda məlumat yayılıb.
32gun.az A.Alişanova və ailəsinə məxsus mülklərin siyahısını yerli mətbuat orqanlarına istinadən təqdim edir:

* A.Alışanovun qızı Nigar Əlişanovanın (qeydiyyat ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 10644 A, mən 57) adına 8 ədəd daşınmaz əmlak mövcuddur. Bu barədə yazan sayt iddia edir ki, əllərində bununla bağlı dövlət reyestrindən çıxarış var.

Qeydiyyat tarixi 2009-cu il fevralın 26-na təsadüf edən 4 ayrı-ayrı torpaq sahəsinə dair çıxarışla Şamaxı rayonu Qızmeydan kəndində kənd təsərrüfatı təyinatlı, əkin üçün nəzərdə tutulan torpaqlardan birinin sahəsi 1.1124 ha, digəri 1.1346 ha, üçüncüsü 1.4466 ha, dördüncüsü 4.394109 ha təşkil edir. Kimdən və hansı qiymətə alındığı bilinmir. Ondan cəmi bir gün sonra – fevralın 27-də qeydiyyata alınan, yenə Qızmeydan kəndində ümumi sahəsi 5 ha olan torpaq sahəsi Nigar xanımın adına rəsmiləşdirilib.

Daha bir çıxarış Şamaxı rayonu Əhmədli kəndində 3.0374 ha torpaq sahəsinin sənədləri 2009-cu ilin may ayının 8-də tərtib olunub.

Yenə eyni ildə, eyni gündə Qızmeydan kəndində 3.9467 ha torpaq N.Əlişanovanın adına alınıb. Sonuncu çıxarış isə bu ilin fevral ayının 8-də tərtib olunub. Daşınmaz əmlakın satıcısı Şıxıyeva Aysel Fazil qızıdır. Əmlak Şamaxı rayonu, Mədrəsə qəsəbəsi, Nizami Gəncəvi küçəsi 26 ünvanında 0.22 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 271.1 kv/m. olan fərdi yaşayış evidir. Sənədləşməyə görə də guya satıcı o boyda evi 25-cə min manata təklif edib, alıcı 20-cə minə alıb. Evin altındakı 22 sot torpağın isə cəmi 5 min manata satıldığı rəsmiyyətə salınıb. Bunlardan da yalnız 2033.25 + 550 manat vergi tutulub. Əməliyyatları Şamaxı rayon notariat kontorunun xüsusi notariusu Yaşar Eyyubov aparıb. Beləliklə, Şamaxı rayonunun iki kənd və bir qəsəbəsində N.Əlişanovanın ümumilikdə 20.2918 ha torpaq sahəsi və 271.1 kv/m. olan fərdi yaşayış evi var.

İddiaya görə, Alışanovun digər qızı Aynur Aşurbəyova da 2009-cu ilin fevral ayında 12 daşınmaz əmlak satın alıb. Bunlardan 8-i Şamaxı rayonunun Əhmədli (0.5506 ha; 0.525 ha; 1.149969 ha; 1.3545 ha; 1.806 ha; 3.0001 ha; 4.14 ha; 7.7125 ha; ), 3-ü rayonun Qızmeydan (1.3828 ha; 3.9468 ha; 4.5216 ha), 1-i də Nağaraxana kəndində (4.7202 ha) yerləşir. Nigarın da adına rayonun üç kəndində üst-üstə 34.81 ha torpaq sahəsinin olduğu rəsmən təsdiqlənir.

* Hətta mətbuatda gedən məlumatlara görə, ikinci həyat yolaşı, müğənni Ayşən Məstanova ilə sevgili olduğu dövrdə ona 2018-ci ildə qara rəngdə "Mercedes-Benz" markalı bahalı avtomobil alıb. Avtomobilin qiymətinin 100 min manat dəyərində olduğu deyilir. Hətta, Ayşən Məstanova AzTV-yə işə də həmin avtomobillə gəlib-gedirmiş.

* Arif Alışanov hələ vəzifədə olarkən birinci evliliyindən olan qızı Aynur Alışanovanın adına bir neçə şirkət təsis edilib. Kommersiya hüquqi şəxslərin reyestrinə əsasən, bütün şirkətlər ("TPDN”, "Oyuncaq Dünyası”, "H2A Studio” və "The Toy Story”) eyni ünvanda və eyni şəxs adına qeydiyyata alınıb.

* Digər mətbuat orqanının yaydığı məlumata görə, keçmiş sərin Ukraynanın Dnepropetrovsk bölgəsində "Bakinskiy Dvorik” adlı restoran və "Şəkər-bura” adlı çay evi fəaliyyət göstərir. İddiya görə, Hazırda həmin restoranlara AzTV-nin Ukrayna və Şərqi Avropa ölkələri üzrə keçmiş müxbiri Möhsün Qədiroğlu nəzarət edir. Məlumatda o da qeyd edilib ki, keçmiş AzTV sədrinin Ukraynadakı obyekti təkcə bunlar deyil. Onun Kiyev, Xarkov və digər əyalətlərdə də restoranları, ticarət obyektəri var. A.Alışanov həmin obyektlərə də nəzarəti M.Qədiroğluna tapşırıb.

Bir başqa məlumatda qeyd edilir ki, A.Alışanovun bundan başqa, Quba, Xızı, Zərdab, Sabirabad, Xanlar rayonları ərazisində də torpaq sahələri var . Həmin sahələrin qiyməti də təxminən 10 milyon manatlarladır. O daqeyd edilib ki, sabiq AzTV sədri yaşayış binaları tikib mənzil satışı ilə də məşğul olurmuş. Bu biznesdən də onun illik 10 milyon manata yaxın gəliri olub.