Gündəm / Cəmiyyət / Sosial / Səhiyyə

Səkinə Sadıqovanın normal təhsili olmayan bacısı Sədaqət həkim Sumqayıt səhiyyəsini idarə edir..

Səkinə Sadıqovanın normal təhsili olmayan bacısı Sədaqət həkim Sumqayıt səhiyyəsini idarə edir..

Kanal14.az: - Səkinən arxasında Rəşad, vətəndaşların arxasında isə dövlətimiz dayanır…

Sumqayıt şəhər səhiyyə şöbəsində baş verən qanunsuzluqlara niyə göz yumulur…

Şəhər səhiyyə şöbəsinin xanım müdiri həbs oluna bilər…

Mövzuya başlamazdan öncə təxminən 40-50 il öncə baxdığım bir teletamaşanı xatırladım. Məktəblidən soruşanda ki "Böyüyəndə hansı peşənin sahibi olacaqsan " cavab verir ki, həkim olacam. Səbəbini soruşanda bildirir ki, sinif yoldaşım gözümün qabağında qanaxmadan dünyasını dəyişdi…
Bəli, az qala yarım əsr əvvəl baxdığım bu tamaşadakı vəziyyət bu gün Sumqayıt səhiyyəsində davam edir.
Sumqayıt səhiyyə şöbəsinin müdiri Səkinə Sadıqovaya deyən yoxdur ki, yarım əsrdə dünya səhiyyəsi az qala 500 il qabağa gedib, indi ürək köçürürlər, beyini əməliyyat edirlər, kora görən göz qoyurlar…sənin rəhbərlik etdiyin Sumqayıt səhiyyə şöbəsi isə adi burun qanaxmasının qabağını ala bilmir…
Nəinki ala bilmir ee, hətta naşı-savadsız müdaxilə ilə yeniyetməni həyatdan məhrum edir.
Əslində bu naşılıq-təcrübəsizlik deyil ee, bunun bir adı var- cinayətkarlıq.
XXI əsrdə insanın adi burun qanaxmasından dünyasını dəyişməsi rüsvayçılıqdır.
Görəsən, bütün bunlar ortada olduğu halda nə üçün Səkinə kimilər hələ də cəzasız qalır.
Belə məqamda hərdən deyirlər ki, o dünyada uca Allah onun cəzasını verəcəkdir.
Gəlin, belə bəsit söhbətləri yığışdıraq.
Allahın işi-gücü qurtarıb ki, Səkinə ilə məşğul olsun..?
Səkinə ilə Allah məşğul olacaqsa, bəs hüquq-mühafizə orqanları, Səhiyyə Nazirliyi, lap Hesablama Palatası hara baxır..?
Səkinə Sadıqova onsuz da Allaha şər atır və deyir ki, Allah mənə vergi verib…
Bu adamdan soruşan yoxdur ki, Allah sənə vergi verəndə deyib ki, get təcili yardım maşınlarının yanacağnı, benzinini, ehtiyyat hissələrini sat və təcili yardım maşını can üstə olan xəstəni mənzil başına çatdıra bilməsin..?
Belə yerdə deyirlər ki, ay sənin imanına salamlar olsun.
Həqiqətən də "ruhi xəstə” olan adama Sumqayıt boyda şəhərin səhiyyəsini tapşırmaq özü ağır məsələdir.
Bəs görəsən Səhiyyə Nazirliyi, konkret olaraq cənab səhiyyə naziri Teymur Musayev Səkinə Sadıqova barədə, daha doğrusu, Səkinənin əməlləri barədə nə düşünür.
Hesablama Palatası niyə bircə dəfə olsun Səkinədən soruşmur ki, dövlətin ayırdığı külli miqdarda vəsaiti hara xərcləmisən..?
Səkinə ağılda adama o boyda şəhərin səhiyyəsini tapşırmaqla iş bitmir ee…
Səkinə Sadıqova özü kimi adamları başına yığıb dövlətin vəsaitini talayır.
Məsələn, Səkinə Sadıqova Oqtay adlı birisini özünə hüquqi məsələlər üzrə müavin götürüb. Oqtayın əmisi qızı isə öz rəfiqəsi Qızılgülü səhiyyə şöbəsinə vəzifəyə gətirib. Bu gün Səkinənin rəfiqələrindən biri olan, Sumqayıtda rüşvətlə adı çıxan Sevinc isə səhiyyə şöbəsində kadrlar üzrə müavindir.
Bütün bunlar bir yana Səkinə Sadıqova adi tibb bacısı olan qızını Odlar Yurdu Universitetində oxudaraq Bakıda "Respublikanski” xəstəxanasında həkim kimi işə düzəldib.
Bu hələ harasıdır..?
Səkinə Sadıqovanın bacısı Sədaqət "xanım əfəndi” az qala Sumqayıtdakı bütün xəstəxanaları idarə edir.
Bəli, normal tibbi təhsili olmayan, əvvəllər Vərəm dispanserində işləyən Sədaqət həkim 3 saylı poliklinikada həkim kimi çalışır, amma şəhər səhiyyəsini barmağına dolayıb, çünki o, Səkinə Sadıqovanın doğmaca bacısıdır. Bu korrupsiya halı deyilmi?
Səkinə Sadıqova o dərəcədə həddini aşıb ki, onu eşitməyən xəstəxanaların baş həkimlərini işdən çıxardır, bəzən isə həmin xəstəxanaları şöbəyə çevirir. Hansı ki, bu səlahiyyət ancaq səhiyyə nazirinə məxsusdur.
Səkinə Sadıqova Sumqayıt səhiyyə şöbəsinin müdiri olandan sonra qısa vaxtda dövlətin səhiyyə üçün ayırdığı milyonları mənimsəyərək, özü üçün bahalı avromobillər, evlər alıb.
Səkinə Sadıqova son vaxtlar bir neçə "novostroyka”da bahalı mənzil alıb.
Hələ bu harasıdır..?
Səkinə Sadıqova kimə arxayındır ki, bu əməlləri törədir.
Bəli, tam əminliklə deyirik ki, məmurlar kiməsə arxayın olmasalar bu dərəcədə harınlaya bilməzlər.
Səkinə Sadıqova hər yerdə deyir ki, mənim arxamda İcbari Tibbi Sığorta Agentliyində çalışan Rəşad müəllim durur.
Səkinənin arxasında kimin durmasını deyə bilmərik, amma Azərbaycan vətəndaşlarının arxasında dövlətimiz dayanır.
Tam əminliklə deyirik ki, yaxın zamanda Sumqayıt səhiyyə şöbəsində baş verən qanunsuzluqlara, cinayət əməllərinə hüquqi qiymət veriləcək və müdirənin səsi başqa yerdən gələcək.
gundelik baki.com
Məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!//teref.az