"Kanal14.az" xəbər verir ki, Kiprdəki "AEK Arena"da oynanılan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasındakı cavab oyunu 1 həftə sonra "Bakcell Arena"da olacaq.

Qeyd edək ki, bu cütün qalibi növbəti raundda "Rapid” (Vyana, Avstriya) - "Lexiya” (Qdansk, Polşa) cütünün güclüsü ilə görüşəcək.

Konfrans Liqası, 2-ci təsnifat mərhələsi

21:30. "Aris" (Limassol, Kipr) - "Neftçi" (Azərbaycan) - 2:0

Qol: Kaju, 53,Yannik Qomis, 65

Hakimlər: İvan Bebek, Qoran Pataki, Luka Payiç, Dario Bel (Xorvatiya)