Gündəm / Cəmiyyət / Dünya

İrəvanda erməni-rus dostluğu abidəsi ucaldılacaq

İrəvanda erməni-rus dostluğu abidəsi ucaldılacaq

İrəvanda Rusiya meydanında erməni-rus dostluğu abidəsinin qoyulması və Ermənistanla Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunan tədbirlər çərçivəsində planlaşdırılır.

"Kanal14.az" "Unikal"a istinadən xəbər verir ki, bu haqda Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, bu məqsədlə işçi qrupu yaradılıb və abidənin tikintisi üçün müsabiqənin standartlarını təsdiqləyib.

Müvafiq olaraq, Ermənistan və Rusiyadan peşəkar təhsilli heykəltəraşlar bu müsabiqədə iştirak edəcəklər.