Gündəm / Dünya

Lavrov Qərbə ÇAĞIRIŞ ETDİ

Lavrov Qərbə ÇAĞIRIŞ ETDİ

Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Qərbi Ukrayna ilə barışıq əldə etməməkdə günahlandırıb və onları "ədalətli oynamağa” çağırıb.

"Kanal14.az" xəbər verir ki, o, bu barədə Rusiyanın "İzvestiya” nəşrinə müsahibəsində danışıb.

"İllüziyalar dünyasından olan kollektiv Qərb yer üzünə qayıtmalıdır. Səhnələşdirmələr nə qədər davam etdirilsə də, nəticə verməyəcək. Şulerin qaydalarına görə deyil, beynəlxalq hüquqa əsaslanaraq ədalətli oynamaq vaxtıdır”, - Lavrov bildirib.

Lavrov həmçinin dünyaya dövlətlərin suveren bərabərliyi prinsipini xatırladıb:

"Hər kəs BMT Nizamnaməsi və bütün dünya nizamı üçün əsas olan dövlətlərin suveren bərabərliyi prinsipinə hörmət əsasında çoxqütblü dünyanın formalaşması kimi obyektiv tarixi proseslərə alternativin olmadığını nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. Əgər Qərb alyansının üzvləri bu prinsiplə necə yaşamağı bilmirlərsə, bərabər təhlükəsizlik və əməkdaşlığın universal arxitekturasını qurmağa hazır deyillərsə, qoy hamıya sülh bəxş etsinlər, öz düşərgəsinə zorla sürməyi dayandırsınlar".