Gündəm / Dünya

"Bu, Ukraynanın dövlət sirridir"


Ukraynanın müharibədə verdiyi itkilər barədə məlumat dövlət sirridir.

"Kanal14.az" xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müavini Anna Malyar jurnalistlərə açıqlamasında deyib.

Belə ki, o, Ukraynanın müharibədə verdiyi itkilərlə bağlı suala "Bu məlumat dövlət sirridir. Rusiya Federasiyasının bundan istifadə edə bilməməsi üçün məlumatları açıqlamırıq",- deyə cavab verib.