"İran Rusiyaya yüzlərlə pilotsuz təyyarə verəcək" - Ağ Ev
"Kanal14.az" xəbər verir ki, o, bu barədə Ağ Evdə gündəlik mətbuat brifinqində jurnalistlərin suallarını cavablandırarkən deyib.
İranla nüvə razılaşması ilə bağlı müəyyən addımlar atması lazım olduğunu bildirən Sallivan, "Bu razılaşma üçün vaxt təyin etməmişik. Masada razılaşma var. Biz və avropalı tərəfdaşlarımız bunu dəstəkləyirik. İran bu istiqamətdə addım atmalıdır" - ifadəsini işlədib.Rusiyanın istədiyini ala bilmədiyini və Rusiya-Ukrayna müharibəsi ilə bağlı bəzi silah problemləri olduğunu bildirən Sullivan, "Bizim tərəfimizdə İran hökumətinin yaxın vaxtlarda Rusiyaya yüzlərlə pilotsuz uçan aparat (PUA) verəcəyinə dair məlumatlar var. Onların arasında silahlıların da olacağı da bildirilir. Həmçinin bu məlumat onu göstərir ki, İran bu PUA-lardan istifadə üçün rus əsgərlərinə təlim keçəcək və bu proses bu ay başlaya bilər", - deyib.