Gündəm / Cəmiyyət / Hadisə / Sosial / Video

“Askar” Hotel müştərilərinin şəxsi məlumatlarını “Tik-Tok”a ötürür? – Video


"Tik-Tok” sosial şəbəkəsində aktrisa Pərvin Abıyeva ilə həmin şəbəkədə izləyicilərə bahalı hədiyyələr göndərən və "Oliqarx 047” ləqəbi ilə tanınan Yunis Hüseynəliyev adlı şəxslə maraqlı dialoq olub.

"Kanal.az" "Azərbaycan Reallığı"na istinadən xəbər verir ki, Mövzu bahalı hədiyyələrin göndərilməsi fonunda şəbəkədəki qızların dəstəkçilərlə otellərdə görüşməsi olub. Həmin canlı yayımda "Oliqar 047” bildirib ki, bütün otel müdirləri onun dostu olduğu üçün, kimin hansı otelə getdiyi və kiminlə hansı qiymətə görüşdüyü barədə məlumatları ona verirlər.

Hətta bu xüsusda "Askar” adlı məhşur otelin də adını məsxusi çəkib. Səslənən iddialar düzdürsə, onda "Askar” otel öz müştərulərinin şəxsi məlumarlarını yaymaqla cinayətə yol vermiş olub. Kim zəmanət verə bilər ki, sözügedən otel daha hansı məlumatları öz digər dostlarına ötürür? Hər halda, əlaqədar qurumlar "Askar” otellə bağlı səslənən bu iddiaları ciddi araşdırmalıdırlar. (Azinforum.az)