Gündəm / Cəmiyyət / Təhsil

Sabiq rektor Elşad Abdullayev cinayət əməllərinə görə cavab verməlidir - FOTOLAR

Sabiq rektor Elşad Abdullayev cinayət əməllərinə görə cavab verməlidir - FOTOLAR

Kanal14.az: - Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş korrupsioner rektoru, dələduz Elşad Abdullayev öz çirkin, şantaj xarakterli əməllərindən əl çəkmək istəmir.

AZİNFORM.AZ xəbər verir ki, Azərbaycandakı dələduzluq fəaliyyətini Fransada da həyata keçirərək həyazıcasına Azərbaycan dövlətini, ölkəmizin yüksək rütbəli şəxslərini qardaşının oğurlanmasında ittiham edir.

Əldə etdiyimiz məlumata görə, dələduz Elşad Abdullayevin (http://www.ofii.fr/) Fransada daimi yaşayış izni yoxdur. O, siyasi sığınacaq almaq üçün 2 dəfə Fransa hökumətinə müraciət etsə də, Fransa hakimiyyət orqanları ona daimi yaşayış izni verilməsiylə bağlı rədd cavabı verib. Hazırda dələduz professor illərdir ona verilən 3 aylıq müvəqqəti yaşayış izniylə yaşamağa məcburdur.

Redaksiyamıza göndərilən məlumatlarda onun beynəlxalq axtarış statusunun ləğv olunması qeyd olunur. Azərbaycan DİN-in Baş Cinayət-Axtarış İdarəsi Arzu Daşdəmirov tərəfindən verilən cavabdan belə görünür ki, İnterpolun Baş Katibliyinin 23.01.2020-ci il tarixli qərarı ilə təşkilatın Nizamnaməsinin 2 (1), 3-cü bəndinə əsasən Elşad Abdullayevin beynəlxalq axtarışına xitam verilmişdir.

Ədalət mühakiməsindən gizlənən cinayətkar Abdullayev Elşad İslam oğlu barəsində İnterpol xətti ilə beynəlxalq axtarışın yenidən başlanması üçün müvafiq tədbirlər görülməlidir. Ədalət bərqərar olmalıdır.

Azərbaycanda minlərlə ailəyə qarşı dələduzluq etdikdən sonra Fransaya qaçan ABU-nun keçmiş dələduz rektoru Elşad Abdullayev etdiyi cinayətlərdən cəzasız qaldığından arxayınlaşaraq dövlətimizi, xalqımızı, ölkənin keşiyində duran güc strukturlarının yüksək rütbəli məmurlarını təhqir edib haqlarında böhtan, təhqir xarakterli açıqlamalar verir.

Ümüd edirik bununla bağlı Fransa Prokurorluğuna və Miqrasiya İdarəsinə dələduz Elşad Abdullayevlə baglı şikayət ediləcək, tutduğu qanunsuz cinayət əməllərinə görə mütləq cəzasına çatacaq.