Gündəm / İqtisadiyyat / Foto / Mədəniyyət / Video

Zəfər tarixinin qəhrəmanları -VİDEO//FOTO

Zəfər tarixinin qəhrəmanları -VİDEO//FOTO

"El bir olsa, dağ oynadar yerindən"...

Kanal14.az: - Azərbaycan xalqının necə bir olduğunu xaricdə yaşayan soydaşlarımızdan çox görüb, çox eşitmişdik.
2020-ci ildə isə bunu bütün dünyaya da göstərdik. Bir olub, birlik olub 30 ilin torpaq həsrətinə son qoyduq.
Qarabağ camaatının da birliyindən zaman-zaman hətta yazılan əsərlərdə, milli filmlərdə belə böyük qürurla bəhs edilir.

Bu dəfə də Laçın rayonunun ziyalıları bir olub Laçın rayonunun bir kəndi - "Minkənd" kəndinin qəhrəmanlarından bəhs edən bir müqəddəs kitab yazıb, ərsəyə gətirdilər.

Zəfər tarixinin qəhrəmanları -VİDEO//FOTO

Zəfər tarixinin qəhrəmanları -VİDEO//FOTO

Sözügedən kəndin ziyalı sakinlərindən biri olan Subut Mehdiyevin müəllifi olduğu "Zəfər tarixinin qəhrəmanları" kitabının ərsəyə gəlməsində kənd sakinlərinin, həmçinin xeyriyyəçi Fərman İsmayılovun böyük dəstəyi olmuşdur. Kitabın təqdimat mərasimində isə Əsəd İsmayılov, eləcə də kəndin sayılıb- seçilən digər ağsaqqalları, ziyalıları və Laçın rayonunu Milli Məclisdə təmsil edən Mahir Abbaszadə, eyni zamanda kitabda adları çəkilən 40 nəfərdən çox birinci və ikinci Qarabağ savaşı iştirakçıları iştirak edirdi.

Zəfər tarixinin qəhrəmanları -VİDEO//FOTO

Millət vəkilinin belə gündə, sadəlik, səmimiyyət nümayiş etdirərək, kəndin sakinləri ilə birlikdə möhtəşəm təqdimatda iştirak etməsi və sakinlərə verdiyi dəstək və dəyər təqdirəlayiqdir.

"DogruXeber.az" ailəsi olaraq, biz də hörmətli həmkarımız Subut Mehdiyevi həyata keçirdiyi böyük, şərəfli işinə görə təbrik edir, daha böyük uğurlar arzulayırıq.

DogruXeber.az