Gündəm / Cəmiyyət

Qala divarlarına "Z" hərfinin yazılmasına RƏSMİ MÜNASİBƏT

Qala divarlarına

"İçərişəhər"  Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ötən gün kütləvi informasiya vasitələrində İçərişəhərin Qala divarları üzərində vandalizm aktı törədildiyi barədə məlumatlara reaksiya verib. 

"Kanal14.az" xəbər verir ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə sosial şəbəkədə paylaşım edib.

Qoruq rəhbərinin sözlərinə görə, qeyd olunan məlumatlar həqiqəti əks etdirmir:

"Belə ki, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində qeyd olunan yazı Qala divarlarının üzərində deyil, 1-ci Qəsr döngəsi 84 ünvanında yerləşən fərdi yaşayış evinin qapısı üzərində yazılıb və bununlada İçərişəhərin heç bir abidəsinə zərər yetirilməyib".


Hadisəni törədən şəxs Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxs barəsində aidiyyəti üzrə tədbirlər görülüb.