İranda kafedə partlayış olub.

"Kanal14.az" xəbər verir ki, hadisəyə səbəb helium qazı ilə doldurulmuş şar olub.
Paytaxt Tehranın Şəhriyar bölgəsində yerləşən kafedəki partlayış yanğına səbəb olub.

Hadisə nəticəsində 8 nəfər həyatını itirib.

Ölənlərdən 4-ü azyaşlı uşaq olub.