Gündəm / Cəmiyyət / Sosial / Foto

Qanıyla tarix yazan qəhrəman - FOTO

Qanıyla tarix yazan qəhrəman - FOTO

Vətən mənə"oğul" desə, nə dərdim?!
Mamır olub, qayasında bitərdim...


30 ildən çoxdur ki, bu vətənin oğulları, vətənin qayasını, dağını, torpağını öz qanları ilə yuyub, orada bitirlər. 30 il əvvəl vətən torpağında minlərlə vətən oğulları, vətən daşları torpağı qorumaq üçün canlarından olub, torpaq altına getdilər. İllər keçdi, sanki, torpaq altında yatan qeyrətli vətən oğulları yenidən bitdi, böyüdü və 30 il sonra, 2020-ci ilin sentyabr ayının 27-dən, noyabr ayının 8-nə qədər - cəmi 44-günə düşmən güc sayəsində doğma torpaqları geri aldılar.

Minlərlə vətən oğulları, sözün əsl mənasında o qayaları qanları ilə suvarıb, qayasına, torpağına qovuşdular.

Xalq özü yetişdirdiyi oğulların nəyə qadir olduğunu bilirdi və buna görə də səfərbərlik elan edilən kimi, qeyrətli oğullarını böyük ürəklə müharibəyə yola saldılar. Çox təəssüflər olsun ki, bu gediş üç mindən çox igidin son gedişi oldu. Nəfəslərini sonuna qədər vuruşdular və torpaq uğrunda şəhidlik zirvəsinə ucaldılar. Həmin igidlərdən biri də Yardımlı rayon Avun kənd sakini Cəfərli Cəfər Babacəfər oğludur.

"DogruXeber.az" bildirir ki, Cəfərli Cəfər 11 dekabr 1999 cu ildə Yardımlı rayon Avun kəndində doğulub. 15 sentyabr 2006 ci ildə kənd əsas məktəbinin 1 ci sinifinə qədəm qoyub.

Hələ uşaq yaşlarından hərəkətlərində qeyri -adi bir çeviklik var idi. Özunəməxsus uşaq şirinliyinə görə məktəbdə də sevimli şagirdlərdən biri idi. 2016 ci ildə Şəhid Vüqar Bəndəliyev adına Urakərən tam orta məktəbini bitirdi. 2018 ci ildə kişilik məktəbi sayılan hərbi xidmətə yollandı və xidməti layiqincə başa vurdu. Lakin, vətənə olan məhəbbəti, düşmənə nifrəti, kafir ermənilərdən qisas hissləri onun ürəyində, düşüncələrində artıq, göyərib boy atmışdı. Qərarı qəti idi - Xüsusi Təyinatlı Qoşunların tərkibində işləmək.
Belə də etdi. O xidmətə başladı və müharibə başladığında, elə ilk gündən döyüşə, odun -alovun içinə atıldı. Şuşa,Murov zirvələrinə qədər getdi, düşməndən layiqli qisasını aldı və Xocavənddə Şəhidlik zirvəsinə ucaldı. O ölümündən sonra cəsarətlərinə, şücaətlərinə görə "Cəsur döyüşçü", "Vətən uğrunda", "Bayraq ordeni" və ayrı-ayrı rayonların alınmasına görə orden və medallar ilə təltif olundu. Bütün bunlar qəhrəman Cəfərin böyük hünərinin qazancdır.

Bəli, Şəhidlərimiz yeni bir tarix yazdılar. Bu tarixin adı "Zəfər tarixi " oldu.

Oğul, tarix dərsi elə dərsdir ki,
Hakim də, məhkum da öyrənir onu.
Tarixin bir fəsli sənə bəsdir ki,
Biləsən bir əsrin nə olduğunu!


Müharibədə qəhrəmanlıq nümayiş etdirən qəhrəman oğullar düşmənə də, dünyaya da göstərdi ki, Azərbaycan xalqı, Azərbaycan oğulları nələrə qadirdir.

Allah şəhidlərimizə rəhmət eləsin, qazi və bütün iştirakçılara sağlam ömür versin.
Amin !

DogruXeber.az


Qanıyla tarix yazan qəhrəman - FOTO

Qanıyla tarix yazan qəhrəman - FOTO

Qanıyla tarix yazan qəhrəman - FOTO

Qanıyla tarix yazan qəhrəman - FOTO

Qanıyla tarix yazan qəhrəman - FOTO

Qanıyla tarix yazan qəhrəman - FOTO

Qanıyla tarix yazan qəhrəman - FOTO

Qanıyla tarix yazan qəhrəman - FOTO