Gündəm / Şou / Dünya

Britni Spirs üçüncü dəfə EVLƏNDİ

Britni Spirs üçüncü dəfə EVLƏNDİ
 
Amerikalı müğənni Britni Spirs sevgilisi, fitnes məşqçisi Sem Asgari ilə evlənib.

"Kanal14.az" xarici  KİV-ə istinadən xəbər verir ki, toy mərasimi iyunun 9-da baş tutub.

Bildirilir ki, mərasimdə müğənnin yaxın dostları və ailə üzvləri iştirak edib. Diqqət çəkən məqamlardan biri də Britni Spirsin birinci həyat yoldaşının toya dəvətsiz gəlməsi olub. Belə ki,  mühafizəçilər Ceyson Aleksandrı mərasimə dəvətli olmadığını bildirirərək onu toydan uzaqlaşdırmağa çalışıblar.   

Bu zaman o, "Mənim adım Ceyson Aleksandrdır. Britni məni bura dəvət edib. O, mənim birinci həyat yoldaşımdır, yeganə həyat yoldaşımdır. Mən onun birinci əriyəm", - deyə  qışqırmağa başlayıb.  Əraziyə sövq edilən polis qrupları Ceysonu saxlayıblar.  

Xatırladaq ki, bu Britninin üçüncü evliliyidir.