"Kanal14.az" xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən "Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yardım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Faktla bağlı araşdırma aparılır.