Gündəm / Siyasət / Cəmiyyət

“Arsax” “hakimiyyəti” İrəvandan “dövlət” kimi tanınmasını tələb edir – PAŞİNYAN isə…

"Arsax” "hakimiyyəti” İrəvandan "dövlət” kimi tanınması ilə bağlı danışıqlar aparır, lakin hələlik heç bir irəliləyiş yoxdur.

"Kanal14.az" Hurriyyet.az-a istinadən  xəbər verir ki, bu fikirləri Qarabağdakı qondarma rejimin "dövlət naziri” Artak Beqlaryan RİA Novosti-yə müsahibəsində bildirib.

"Ermənistanla Qarabağın müstəqilliyinin tanınması məsələsi ilə bağlı danışıqlar aparılır, lakin hazırda heç bir irəliləyiş yoxdur”, – Beqlaryan vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan faktiki olaraq Qarabağı tanıyıb, çünki respublikalar arasında "bərabər hüquqlu” əlaqələr mövcuddur:

"Yaxın gələcəkdə Qarabağ probleminin hərtərəfli həlli qeyri-mümkün görünür, çünki "Arsax” və Azərbaycanın mövqelərindəki ciddi ziddiyyətlər diametraldır.

Əsas fərq ondan ibarətdir ki, Azərbaycan üçün bu, ərazi bütövlüyüdür, Qarabağda müvəqqəti yaşayan ermənilər üçün isə "mövcudluq məsələsidir”.

Xatırladaq ki, dünən Paşinyan qondarma rejimin "rəhbəri” Araik Arutyunyanı yanına İrəvana çağırmışdı. Görüşün detalları barədə mətbuata bilgi verilməmişdi. Görünür, Araik Azərbaycanla Ermənistanın delimitasiya və sülh müqaviləsindən öncə son cəhd kimi İrəvandan "müstəqillik” əldə etməyə çalışır. Paşinyan isə dəfələrlə Qarabağın Azərbaycanın tərkibində olacağını birbaşa olmasa da dolayısı yolla bəyan edib.