"Kanal14.az" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Ayrılığa səbəb isə xəyanətin olduğu bildirilir.

İddialara görə, Şakira Pikenin başqa bir xanımla münasibətdə olduğunu öyrənib. Bu hadisədən sonra isə futbolçu Barselonadakı evinə köçüb.

Cütlüyün mart ayından münasibətlərində problem yaşadığı da deyilir.

Qeyd edək ki, Şakira və Pike 2011-ci ildən vətəndaş nikahında yaşayır. Onların iki övladı var.