"Kanal14.az" modern.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Gənclər Şəhərciyində qeydə alınıb.

İlkin məlumata əsasən, kişi binanın həyətində həyat yoldaşının boğazını kəsib. Qadının aldığı xəsarətlərdən öldüyü deyilir. Cinayətin uşaqların gözü qarşısında baş verdiyi bildirilir.

Hadisənin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.