Gündəm / İqtisadiyyat / Sosial / Səhiyyə

Dövlət vətəndaşına niyə SAHİB ÇIXMIR? - "Sanki bura ölkə deyil, cəngəllikdir..."

Dövlət vətəndaşına niyə SAHİB ÇIXMIR? -


Kanal14.az: - Beyinə qan sızma ilə xəstəxanaya aparılan Ağayeva Bəsirənin yaxınları aidiyyəti qurumlardan şikayətçidirlər.

Xəstə yaxınları bildirirlər ki, o, 14 may saat 22:00-da komatoz vəziyyətdə Respublika Klinik Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə gətirilib.

Diaqnoz qoymaq üçün lazım olan kompüter tomoqrafiyası (KT) mərkəzdə olmadığı üçün xəstəyə lazım olan ilkin tibbi yardım 6 saat gecikdirilib.

"Belə olan halda isə xəstənin vəziyyəti daha da ağırlaşıb. KT üçün özəl müəssisəyə göndəriş isə düz 8 saat gecikdirilib”, - xəstə yaxınları deyir.

Yaxınları deyir ki, növbəti gün, mayın 15-də öz hesablarına KT etdiriblər.

Onlar Bəsirə Ağayevanın vəziyyətinin ağır, xidmətin isə zəif olduğunu əsas gətirətrək onu özəl tibb müəssisəsinə yerləşdirib. Dia.az-ın məlumatına görə, xəstənin ailə üzvləri "Arqument.az”a bildiriblər ki, artıq 12 gündür xəstəni "Medical Plaza”da yerləşdiriblər və hər gün üçün 2000-2500 manat vəsait ödəyirlər: "Xəstəyə lazım olan reanimasyon tədbirlər görülüb. "Medical Plaza”dan deyirlər ki, xəstəni dövlət müəssisəsinə köçürmək olar. Dövlət xəstəxanaları isə bizi qəbul etmir, bəhanələri də odur ki, guya yerləri yoxdur”.

Şikayətçilər bu bu barədə lazımi instansiyalara məlumat verdiklərini söyləyirlər.

"Uç gündür ki, xəstəni yerləşdirə bilmirik. Onu müalicə edən reanimatoloq məsləhət görür ki, belə vəziyyətdə xəstə ya Klinik Tibbi Mərkəzə, ya da Neyrocərrahiyyə İnstitutuna yerləşdirilməlidir. Hər iki müəssisə isə xəstədən imtina edir. Məsələylə bağlı İcbari Tibbi Sığortanın "Qaynar xətti”nə, TƏBİB-ə və ən sonda isə Ombudsman Aparatının "Qaynar xətti”nə müraciət etmişik. Müraciətimizə baxan yoxdur, sanki bura ölkə deyil, cəngəllikdir...”, - deyə xəstənin ailə üzvləri bildirir.

Bəsirə Ağayevanın yaxınları onu yerlə.dirmək üçün ağırlıq dərəcəsinin nəzərə alınmalı olduğun qeyd edirlər: "Bizə təklif etdikləri Məlikov adına 6 saylı Şəhər Xəstəxanasında isə belə vəziyyətdə olan xəstəyə xidmət yoxdur. Əgər olsaydı, ilk apardığımız yer elə Respublika Kliniki Xəstəxanası idi və 6 saat müddətində heç bir yardım olunmadı, əksinə xəstənin vəziyyəti daha da ağırlaşdı. İndi bizim bir çıxış yolumuz qalır: xəstəni aparıb Prezident Administrasiyasının qabağına qoyaq, bəlkə, onda reaksiya verdilər”.(azerinfo)